Bir neçə gün öncə İsmail Kartalla yollarını ayıran Türkiyənin "Əskişəhərspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Mənbədə bildirilir ki, rəhbərlik yerli mütəxəssis Samet Aybabaya ilə anlaşıb. 60 yaşlı çalışdırıcı ilə mövsümün sonuna qədər razılıq əldə olunub. 
Qeyd edək ki, "Əskişəhərspor" cari mövsüm Superliqada geridə qalan 11 turdan sonra 4 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp