Bakı “İnter”inin gürcüstanlı müdafiəçisi Laşa Salukvadze Rusiyanın məşhur “gazeta.ru” saytına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, gürcü futbolçu “Volqa”da oynadığı vaxtlardan danışıb. 
O, müsahibədə Rusiya klubundan qovulmasından danışıb: “Məni “Volqa”dan qovdular. Dedilər ki, get özünə yeni klub tap. Amma pul da vermədilər. 4 ildir ki, mən pullarımı onlardan ala bilmirəm. Bilmədim ki, necə oldu?”.
Təcrübəli müdafiəçi Gürcüstanda, Azərbaycanda da belə problemlərin olduğunu bildirib: “Rusiyada üzləşdiyim halla Azərbaycanda da üzləşə bilərəm. Başa düşürəm komanda krizisdə ola bilər. Amma bu o demək deyil ki, pulu verməməlidirlər. Bəzi futbolçularn pullarını verdilər. Amma mənimki hələ də gətirmir”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp