Azərbaycan kubokunun 1/8 final mərhələsində Gəncənin “ Kəpəz” klubunu  minimal hesabla yenərək  növbəti mərhələyə yüksələn “ Xəzər Lənkəran” Lənkərandakı bazasında məşqlərini davam etdirir. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" Premyer Liqanın XV turu çərçivəsində öz meydanında "Qəbələ"ni qonaq  edəcək və matç saat 17.00 da start götürəcək.  
Cənub təmsilçisi rəqibi önünə ciddi itkilərlə çıxacaq. Belə ki, Elşən Rzazadə cəzalı, Kazım Kazımlı və İlyas Səfərzadə isə zədə səbəbindən oyunu buraxmalı olacaqlar. Bu səbəbdən məşqçilər korpusu əvəzedici heyətin və uşaq akademiyasının 6 futbolçusunu əsas heyətlə birgə məşqlərə dəvət edib. Sabahkı görüşdə akademiyanın bir neçə futbolçusunun əsas heyətdə ilk dəfə debüt edəcəyi gözlənilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp