Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.      
 
Adıçəkilən komanda səfərdə "Arminiya Bilefeld"lə üz-üzə gəlib. Görüş qonaqların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Nazarov isə 65-ci dəqiqədə meydana çıxıb və sona qədər mübarizə aparıb.
 
Qeyd edək ki, "Karlsrue" 19 xalla 13-cü yerdə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp