Ötən gün İngiltərə Premyer Liqasında XV tura start verilib.Futbolinfo.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Tottenhem" də növbəti matçına çıxıb.
London təmsilçisi səfərdə "Vest Bromviç"in qonağı olub. Oyunda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk edib. 
Qeyd edək ki, bu, "Tottenhem"in cari mövsüm 8-ci heç-heçəsi olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp