Ötən mövsüm maliyyə çətinlikləri məngənəsində boğulan və Premyer Liqadan I Diviziona göndərilən "Bakı"da hələ də problemlərdən yaxa qurtara bilmir. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar" yenə də pulsuz-parasız qalıb.
Əldə etdiyimiz məlumata görə, klubunda problemlər yenidən baş qaldırıb. Uzun müddətdir maaşlarını ala bilməyən futbolçular rəhbərliyə etiraz ediblər. Komanda üzvləri pullarını almayana qədər məşq çıxmayacaqlarını bildiriblər. Bazada qalan 7 futbolçunu isə klub rəhbərliyi zorla məşqə cəlb edir. 
Görünür, bu yaxınlarad müflisləşmiş klub prezidenti Hafiz Məmmədovun 51-ci yaşını qeyd edən rəhbərliyin başı hələ də doğum günün mərasimindən ayılmayıb və komanda yaddan çıxıb. 
Qeyd edək ki, paytaxt təmsilçisi növbəti 12-ci tur çərçivəsində evdə "Energetik"i qəbul edəcək. Görüş ayın 13-də baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp