Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Zirə” matçı 1 dəqiqəlik sükutla başlayıb. Futbolinfo.az xəbər verir ki, komandalar bunu “Günəşli” neft yatağında həlak olan neftçilərin ruhuna ehtiram əlaməti olaraq ediblər.
Bununla yanaşı, “Neftçi” futbolçuları dünyasını dəyişmişlərə ehtiram olaraq, əllərində neftçi dəbilqəsi ilə çıxıb. Hər iki komanda isə qollarında qara sarğı ilə oynayır.
 
12308313 1086841344681674 2167378045218697995 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp