Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən "Rəvan" – "Neftçi" qarşılaşmasının diktoru komandaların heyətlərini təqdim edərkən daim kuryozlarla zəngin olan meydan sahiblərinin əməkdaşı olmasını dərhal hiss etdirib. Futbolinfo.az xəbər verir ki, o, "ağ-qaralar"ın heyətini səsləndirərkən, komandanın ehtiyat qapıçısı Aqil Məmmədovu baş məşqçi kimi təqdim edib.
Ancaq bütün bunlar start fitindən cəmi 3 dəqiqə sonra unuduldu. Cinah ötürməsindən sonra Elvin Həsənəliyevin dəqiq baş zərbəsi qarşısında Maksim Vaylo aciz qaldı.
Qeyd edək ki, "Rəvan" – "Neftçi" görüşünün 6-cı dəqiqəsi gedir və meydan sahibləri 1:0 üstündülər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp