"Ronaldinyoya Bakıda böyük maraq olacağını gözləyirdik. Ümid edirik ki, uşaqlar futbola daha çox maraq göstərərlər. Hər bir məşhur futbolçunun Azərbaycan klubunda oynaması istərdik". Futbolinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin prezidenti Tale Heydərov deyib. 

"Akademiyaya uşaqların 9 yaşından 16 yaşına qədər qəbul edilməsi nəzərdə tutulub. Bu komandaların ölkə çempionatlarında çıxış etməsini istərdik. Bu məqam çempionatdakı rəqabəti də artıracaq. Çünki "Qəbələ"nin aşağı yaş qrupları üzrə komandaları hazırda çempionatda ciddi rəqabətlə üzləşmirlər. Bəzən böyükhesablı qələbələrlə rastlaşırıq. Ona görə də yeni yaradılacaq akademiyanın komandası ölkə çempionatında rəqabəti artıra bilər".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp