Futbol üzrə Gürcüstan çempionatında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun komandası – "Kolxeti" də növbəti matçına çıxıb.

Poti təmsilçisi səfərdə "Saburtalo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan biabırçı məğlubiyyətlə ayrılıb – 1:6.

Rasim bu qarşılaşmaya da start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da hesab 0:1 olarkən, 55-ci dəqiqədə azərbaycanlı futbolçu vurub. Amma bundan sonra daha 5 qol buraxan Poti klubu meydanı xalsız tərk etməli olub.

Qeyd edək ki, "Kolxeti" 10 turdan sonra 18 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 2-ci pillədə qərarlaşıb.

Shares: