"Nyukasl"ın baş məşqçisi Rafael Benites karyerasını Çin Superliqasında davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, Çinin iki klubu 56 yaşlı mütəxəssisin xidmətində maraqlıdı. 

Onlar Benitesə ilinə 35,4 milyon avro məvacib təklif edirlər. Bir müddət verilən xəbərə görə Benitesin hazırda "Nyukasl" rəhbərliyi ilə münasibəti yaxşı deyil.

İspan çalışdırıcı müqaviləyə imza sata, o zaman dünyanın ən yüksək məvacibli məşqçisi olacaq. Hazırda ən yüksək məvacib "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolaya aiddi. Onun illik qazancı 18,2 milyon avrodu.

Benitesin "Nyukasl"la müqaviləsinin müddəti 2019-cu ildə bitir. Hazırda komanda Çempionşipdə 2-ci yerdə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp