“Arsenal”ın baş məşqçisi Arsen Venger komandanın aparıcı futbolçusu Məsut Özilin Almaniya millisinin heyətində Azərbaycana qarşı keçirdiyi oyundan danışıb. Futbolinfo.az xəbər verir ki, fransalı çalışdırıcı yarımmüdafiəçinin Bakıda baş tutan qarşılaşmada özünü yaxşı tərəfdən göstərə bildiyini deyib: 

“Məsut özünü təsdiq etmək üçün yenidən məşqlərə başladı. Azərbaycanla matçda 30 dəqiqə meydanda oldu və onun 20 dəqiqəsində səviyyəsini ortaya qoydu. Özil bu həftə güclü məşq edəcək və əvvəlki formasını bərpa etməyə çalışacaq”.
 
Venger futbolçunun Premyer Liqada “Mançester Siti”yə qarşı oynayıb-oynamayacağının dəqiqləşmədiyini vurğulayıb: “Bəli, o, “Mançester Siti” ilə görüşdə meydana çıxmaq gücündədi. Ona həmin oyunda çox ehtiyacımız var”.

Qeyd edək ki, “Arsenal” – “Mançester Siti” oyunu aprelin 2-də keçiriləcək.

Shares: