"Qəbələ"dən ayrılan növbəti futbolçunun adına aydınlıq gəlib. Futbolinfo.az "Sportal"a istinadla xəbər verir ki, əyalət təmsilçisi Məhəmməd Mirzəbəyovla başa çatan müqavilənin müddətini artırmayıb.
"Qırmızı-qaralar" millimizin üzvüylə yolları ayırıb. 27 yaşlı cinah müdafiəçisi cari mövsüm Premyer Liqada 21 oyun meydanda olub.
"Qəbələ" daha öncə Daniel Subotiçlə yollarını ayırmışdı. Kiprin "Ermis" klubundan icarəyə götürülən Teo Uiks isə komandasına qayıdıb.