17 yaşadək futbolçular arasında təşkil olunmuş Avropa çempionatına yekun vurulub. Futbolinfo.az xəbər verir ki, AÇ-2017-nin finalında İspaniya ilə İngiltərə üz-üzə gəlib.

Dörd qolun vurulduğu oyunda hesabı 18-ci dəqiqədə ingilislər açıblar. Hadson-Ododi fərqlənib. Amma 38-ci dəqiqədə Morey ispanların cavab qolunu vurub. 58-ci dəqiqədə Foden yenidən ingilislər hesabda önə keçirib. Lakin britaniyalılar yenə üstünlüyünü əldən veriblər. Özü də matça əlavə olunmuş 6-cı dəqiqədə. Belə ki, 80+6-cı dəqiqədə Dias ispanları yenidən məğlubiyyətdən xilas edib. Finalın qalibi isə penalti seriyasında müəyyənləşib. Daha dəqiq olan (4:1) ispanlar Avropa çempionu adını qazanıblar.

Qeyd edək ki, bu, İspaniyanın üçüncü qitə çempionluğudu. Bu göstərici ilə ispanlar rekordçudular.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp