Bu gün "İnter" Uşaq-Gənclər Futbol Məktəbində seleksiya xarakterli məşqlər keçirilib. Futbolinfo.az xəbər verir ki, seleksiya məşqlərində 5-15 yaş arası uşaq və yeniyetmələr iştirak ediblər. 

Seleksiya prosesində Azərbaycanın regionlarından da uşaq və yeniyetmələr qatılıblar.

Xatırladaq ki, seçim mayın 21-də də keçiriləcək. Məşqlər saat 09:00-dan 17:00-dək "İnter Arena"nın (keçmiş “Şəfa” stadionu) 4-cü meydançasında aparılacaq.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp