Futbol üzrə Türkiyə Super Liqası ilə vidalaşan ikinci komandanın da adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bu gün 32-ci tur çərçivəsində səfərdə "Rizəspor"a 0:2 hesabıyla məğlub olan "Qaziantepspor" elitanı tərk etmək məcburiyyətində qalıb.

Bu nəticədən sonra 16-cı sıradakı "Rizəspor" xallarını 30-a çatdıraraq, elitada qalmaq şanslarını saxlayıb. Amma "Qaziantepspor" 26 xalda qalıb və qalan 2 turda təhlükəli zonanı tərk edə bilməyəcəyi dəqiqləşib. Nəticədə, "Qaziantepspor" 26 illik fasilədən sonra aşağı liqaya yuvarlanıb.

Qeyd edək ki, daha öncə sonuncu pillədə qərarlaşan "Adanaspor" Super Liqayla vidalaşmışdı. Üçüncü belə bəxtsiz isə böyük ehtimalla məhz "Rizəspor" olacaq. Çünki bu komandadan öndə qərarlaşan "Bursaspor" 35 xala malikdi və qalan 3 oyunda xallar qazanmaqla rizəlilərin onları qabaqlamasına imkan verməsi inandırıcı görünmür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp