İtaliyanın "Roma" klubu komandanın kapitanı Daniele De Rossi ilə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, 33 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti 2019-cu ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, İtaliya millisinin üzvü peşəkar karyerası ərzində yalnız “Roma”da çıxış edib. O, 2000-ci ildən paytaxt klubunda oynayır.

"Roma" bu həftə komandanın digər yarımmüdafiəçisi Kevin Strotmanla da yeni müqavilə imzalamışdı.

Shares: