Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda sabah "Differdanj"la qarşılaşacaq "Zirə" dünəndən Lüksemburqdadır. Komanda bu ölkəyə yola düşərkən problemlə üzləşmişdi.
 
Belə ki, təmsilçimizin 3 legioneri – Cozef Bum, Viktor İqbekoye və Kervens Belfort kollektivlə birgə səfərə çıxa bilməmişdilər. Buna adıçəkilən futbolçuların viza problemini səbəb olmuşdu.
 
Artıq məsələ həllini tapıb. Hər üç oyunçu Lüksemburqdadı və onlar komandaya qoşulublar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp