Yeni mövsümün hazırlığı üçün bu gün ilk məşqə çıxan “Kəpəz”də iclas olub. Gəncəlilər toplanış başlamamış kiçik yığıncaq keçirib.
 
Toplantıda Füzuli Allahverdiyevin əvəzinə komandaya yeni məşqçi təyin olunan Vidadi Rzayev futbolçulara təqdim edilib. Eyni zamanda “Kəpəz”in kapitanları da seçilib.
 
Tural Axundovun “Sumqayıt”a gedişindən sonra heyətin ən təcrübəli üzvü Şəhriyar Rəhimov kapitan sarğısına sahib çıxıb.  Şəhriyar Əliyev və Kərim Diniyev isə vitse-kapitan seçiliblər.
 
Ardınca komanda ADBTİA-nın yaşıl meydanında ilk məşqə çıxıblar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp