Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Çelsi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Uotford”la qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan qələbə ilə ayrılıb – 4:2. Hesabı 12-ci dəqiqədə londonluların üzvü Pedro Rodriges açıb. 45 və 49-cu dəqiqələrdə ardıcıl iki top buraxan “zadəganlar” məğlub duruma düşsələr də, Miçi Batşuayi 71-ci dəqiqədə hesaba tarazlıq gətirib. 87-də Sesar Aspilikueta, 90-da da dublunu rəsmiləşdirən Batşuayi “Çelsi”yə vacib qələbə qazandırıb.

Hazırda “zadəganlar” 16 xalla 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp