İngiltərənin “Everton” klubunun müvəqqəti baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, ötən gün Ronald Kumanı istefaya göndərən klub rəhbərliyi komandanı “Everton”un gənclərdən ibarət kollektivinin baş məşqçisi Devid Ansvorta həvalə edib. O, rəhbərlik yeni baş məşqçi tapana kimi əsas heyəti məşqlərə və oyunlara çıxaracaq.

Xatırladaq ki, Ansvort  ötən mövsüm Roberto Martinesin istefasından sonra da müvəqqəti olaraq əsas komandanı çalışdırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp