Ukraynanın “Dinamo” (Kiyev) klubu avrokuboklardan kənarlaşdırıla bilər.

Futbolinfo.az xəbər verir ki, buna sözügedən klubun UEFA-nı aldatması səbəb göstərilir. Xarici mətbuatın yaydığı məlumata görə, Ukrayna Futbol Federasiyasına UEFA-dan məktub göndərilib. Nyondan gələn məktubda “Dinamo”nun avrokuboklarda iştirak üçün lisenziya almaq yolunda doğru olmayan faktlar göstərdiyi qeyd olunub. Belə ki, “Dinamo”nun müəyyən borcları olsa da, UEFA-da müvafiq attestasiyadan keçərkən həmin faktları gizlədib. Söhbətin dəqiq hansı borclardan getdiyi açıqlanmır.

Hazırda UEFA, UFF və “Dinamo” rəsmiləri sözügedən məsələ ilə bağlı rəsmi yazışmalar aparırlar. Kiyev klubunun günahı sübuta yetirilsə, komandanın avrokuboklarda iştirak hüququndan məhrum edilməsi istisna olunmur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp