Futbol üzrə Almaniya çempionatında 11-ci tur həyəcanı davam edir.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Ayntraxt” “Verder”i qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşmada sevinən tərəf meydan sahibləri olublar.

Turun mərkəzi qarşılaşması şənbə günü keçirilib. Hazırkı lider və son çempion “Bavariya” ən yaxın izləyicisi Dortmund “Borussiya”sının qonağı olub. Münhen təmsilçisi əsas rəqibi üzərində səfərdə inamlı qələbəyə sevinib.

"Auqsburq" – "Bayer" və "Borussiya" (Münhenqladbax) – "Maynts" oyunlarında qalib müəyyənləşməyib. "Şalke" səfərdə "Frayburq"u minimal hesabla yenib. "Hamburq" "Ştutqart"ı, "Leytpsiq" isə "Hannover"i məğlub yola salıb.

Almaniya Bundesliqası
11-ci tur

3 noyabr

Ayntraxt – Verder 2:1
Qol: Rebiç, 17. Haller, 89 – Moysander, 25.

4 noyabr

Auqsburq – Bayer 1:1
Qol: Danso, 49 – Volland, 47.

Hamburq – Ştutqart 3:1
Qol: Hant, 20. Kostiç, 65. Arp, 69 – Daniel, 55-pen.

Borussiya (Münhenqladbax) – Maynts 1:1
Qol: Vesterqaard, 67 – Diallo, 19.

Leyptsiq – Hannover 2:1
Qol: Poulsen, 70. Verner, 85 – Conatas, 56.

Frayburq – Şalke 0:1
Qol: Kaliqiuri, 62.

Borussiya (Dortmund) – Bavariya 1:3
Qol: Bartra, 88 – Robben, 17. Levandovski, 37 . Alaba, 67.

5 noyabr

18:30 Köln – Hoffenhaym 
21:00 Volfsburq – Herta

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp