Futbol üzrə Fransa çempionatında 12-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Renn” “Bordo”nu qəbul edib. Bu görüşün taleyini 1 həll edib. Meydan sahibləri 3 xalı bayram edən tərəf olub.

Lider PSJ səfərdə “Anje” ilə qarşılaşıb və 3 xalı 5 cavabsız qolla qazanıb. 

Son çempion “Monako” isə doğma divarlar arasında “Genqam”la üz-üzə gəlib və daha böyük hesabla qələbə qazanıb.

"Nant" "Tuluza"nı, "Trua" "Strasburq"u məğlub yola salıb. "Monpelye" – "Amyen" görüşündə isə qalib müəyyənləşməyib.

Fransa, Liqa 1
12-ci tur

3 noyabr

Renn – Bordo 1:0
Qol: Tulalan, 11-öz qapısına.

4 noyabr

Anje – PSJ 0:5
Qol: Mbappe, 5; 84. Kavani, 30; 60. Draksler, 14.

Monako – Genqam 6:0
Qol: Karilyo, 10; 78. Traore, 27; 76. Keyta, 36. Fabinyo, 45-pen.

Nant – Tuluza 2:1
Qol: Tomasson, 16. Sala, 67 – Blin, 60.

Monpelye – Amyen 1:1
Qol: Sio, 82 – Avelar, 88.

Trua – Strasburq 3:0
Qol: Suk, 48. Saif-Eddine, 55. Niane, 90.

5 noyabr

18:00 Nitsa – Dijon
20:00 Mets – Lill
20:00 Olimpik (Marsel) – Kan
00:00 Sent-Etyen – Olimpik (Lion)

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp