Futbol üzrə İtaliya çempionatında 12-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Bolonya” “Krotone”ni qəbul edib. Beş qolun qeydə alındığı matçda qələbəni qonaqlar bayram ediblər. Günün digər oyununda Genuya derbisi keçirilib. Bu şəhərin iki əzəli rəqibi – “Cenoa” və “Sampdoriya” münasibətlərinə aydınlıq gətiriblər. Bu oyunda da sevinən tərəf qonaqlar olublar.

Lider “Napoli” bazar günü “Kyevo”nun qonağı olacaq. Neapol təmsilçisinin ən yaxın izləyicisi “İnter” isə evdə “Torino” üz-üzə gələcək.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” da bazar günü meydana çıxacaq. “Canavarlar” səfərdə Ağdam təmsilçisinin Avropa Liqasının ötən mövsümündə bir qrupda yarışdığı “Fiorentina” ilə qarşılaşacaq.

İtaliya A Seriyası
12-ci tur

4 noyabr

Bolonya – Krotone 2:3
Qol: Verdi, 38; 45 – Budimir, 42; 70. Trotta, 68-pen.

Cenoa – Sampdoriya 0:2
Qol: Ramirez, 24. Kvalyarella, 84.

5 noyabr

15:30 İnter – Torino 
18:00 Kalyari – Verona 
18:00 Kyevo – Napoli 
18:00 Fiorentina – Roma
18:00 Yuventus – Benevento
18:00 Latsio – Udineze
21:00 Atalanta – SPAL 
23:45 Sassuolo – Milan

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp