Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 16-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyevlə Elvin Bədəlovun formasını geyindiyi Vyana “Karabakh”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Stadlau” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Futbolçularımıza gəlincə, hər ikisi start heyətdə meydana çıxıb və sonadək oynayıblar.

“Karabakh” hazırda 29 xalla 17 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp