Futbol üzrə Rusiya 1-ci divizionunda 21-ci turun oyunları keçirilib. 

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” də növbəti matçına çıxıb. Voronej təmsilçisi doğma meydanda Sankt-Peterburq “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Samir bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə bu görüşün iştirak ərizəsində yer almayıb.

"Fakel" geridə qalan turlarda topladığı 20 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp