Rusiyada keçiriləcək dünya çempionatının oyunlarında ən yaxşı futbolçulara təqdim olunacaq mükafat bəlli olub.
Futbolinfo.az xəbər verir ki, mükafat noyabrın 30-da Moskvada təqdim olunub. “BUD Man of the Match” mükafatı DÇ-də keçiriləcək 64 qarşılaşmanın hər birinin ən yaxşı futbolçularına veriləcək.
Təqdimat mərasimində İngiltərə yığmasının sabiq qapıçısı Devid Simen və ikiqat dünya çempionu Kafu da iştirak edib. DÇ-nin oyunlarının ən yaxşı futbolçularını azarkeşlər seçəcəklər.
Mundialın püşkatma mərasimi bu gün Moskvada keçiriləcək.