Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Bakıda inşa edilən Olimpiya stadionunun  tikintisi davam edir. Böyükşor gölünün qurudulmuş hissəsində 32 hektarlıq sahədə inşa edilmiş idman qurğusu tam olaraq 68700 azarkeşi qoynuna ala biləcək. 

Ötən həftəsonu yolumuzu bu arenadan saldıq. Məqsədimiz işlərin gedişi ilə tanış olmaq idi. Ancaq yenə stadiondan reportaj hazırlamaq mümkün olmadı. Müsahibə almağa, tikintinin hansı mərhələdə olduğunu öyrənməyə kimsəni tapmadıq. Hamı iş başında idi, ancaq məsul şəxslər jurnalist önünə çıxmağa gərək duymadı.

Ancaq qızğzn iş getdiyini dana bilmərəm. İşlər  öz axarı ilə gedir.  Tikintinin 2015-ci ilin fevralında bitəcəyi gözlənilir. Stadion 4 əsas tribunadan ibarətdi. Burada altımərtəbli tribunalardan ibarət 2 hündür, üçmərtəbəli tribunalardan ibarət 2 nisbətən kiçik tribuna olacaq. Bununla yanaşı stadionda  3500-4000 maşını gözləyən dayanacaq inşa olunur.

Bundan artıq bilgi əldə etməyimiz mümkünsüzdü. Çünki bizi qarşılayan da, yola salan da mühafizəçilər oldu. İsrarımız yalnız xidmət rəisi ilə söhbətimizin alınmasına səbəb oldu. O isə bildirdi ki, bu stadiona giriş üçün birbaşa SOCAR şirkətindən icazə alınmalıdı və onlara təlimat verilməlidi. Əks təqdirdə tikinti ərazisinə daxil olmaq mümkün deyil.

Beləcə yalnız stadionun kənarından çəkə bildiyimiz görüntülərlə kifayətlənməli olduq:

RÖYA KƏRİMLİ

Shares: