Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı oyunla bağlı fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
“Rəqibimiz qrupun lideridi. Gücümüzə əminliyə rəğmən, çox çətin oyun olacaq. Buna baxmayaraq, qeyd edim ki, Azərbaycan yığmasının oyuna köklənməsi yüksəkdi. Bizim futbolçularımız gərgin qrafikdə oynamağa alışmayıblar. Bu səbəbdən fiziki planda bu amil oyunumuzda əksini tapa bilər. Çox güman ki, bu yöndə heyətdə dəyişikliklər ediləcək. İlk növbədə rəqibin bizdən həm fərdi, həm də komanda baxımından üstün səviyyədə olduğunu başa düşmək lazımdır. Onların təcrübəsi də çox olacaq. Bizim üstünlüyümüz – doğma divarlar, azarkeşlərdi. Əlbəttə, Rusiya çempionatı Azərbaycan çempionatından güclüdür. Bizim orda nə qədər çox oyunçumuz olsa, biz məşqçilərə üçün də yaxşı olar. Azərbaycan yığması öz qrupunda istənilən yığmaya qarşı oynaya bilər. Mümkün qələbəni gözlənilməzlik hesab etməzdim”.