Antalyada keçirilən yoxlama oyununda Azərbaycan millisi ilə qolsuz bərabərə qalan Moldova yığmasının hücumçusu Vitali Damaşkan matçla bağlı fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, bu yaxınlarda İtaliya "Torino"suna transfer olunan, ancaq bu mövsümün sonuna kimi "Şerif"in şərəfini qoruyacaq gənc hücumçu, millimizlə matçda Moldova yığmasında debüt edib. O, millimizi top-səviyyəli komanda adlandırıb:
"Sübut etdik ki, top-səviyyəli komanda ilə oynaya bilərik. Matçın gözəl alındığından əminəm. Millidə debüt etdim. Ancaq bununla qane olmuram. Əminəm ki, daha çoxunu və yaxşısını bacararam".
Xatırladaq ki, Damaşkan 55-ci dəqiqədən sonra oyunda olub.