Avropa Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Manuel Fernandes UEFA-nın rəsmi saytında keçirilən sorğunun nəticəsinə əsasən, Avroliqada həftənin ən yaxşı futbolçusu seçilib. Portuqaliyalı futbolçu 73 faiz səs toplayıb.
Fernandes Avroliqanın 1/16 final mərhələsi çərçivəsində baş tutmuş Fransanın “Nitsa” klubu ilə səfər oyununda komandasının 3:2 hesablı qələbəsinə het-triklə töhfə verib.
Sonrakı yerləri 11 faiz səslə Miçi Batşuayi (“Borussiya”, Dortmund, Almaniya), 10 faiz səs toplayan Məsut Özil (“Arsenal”, İngiltərə) və cəmi 6 faiz səs toplayan Arits Aduris (“Atletik”, İspaniya) tutub.