“Keşlə” Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə “Zirə” ilə qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, Keşlənin eyniadlı təmsilçisi bir günlük istirahətdən sonra bu gün məşqləri bərpa edib. Yuri Maksimovun yetirmələri gün ərzində iki dəfə məşq ediblər.
Xatırladaq ki, “Keşlə” “Zirə” ilə martın 4-də səfərdə qarşılaşacaq. Matç saat 18:00-da start götürəcək.