Futbol üzrə Kurasao yığması növbəti yoxlama matçını keçirib.

Futbolinfo.az xəbər verir ki, “Səbail”in futbolçusu Ayron Statinin şərəfini qoruduğu sözügedən kollektiv yenə Boliviya yığması ilə qarşılaşıb. Kurasaolular bu görüşdən 1:0 hesablı qələbə ilə ayrılıblar.

Statinin 90 dəqiqə meydanda olduğu görüşdə Kurasao Boliviyaya 1:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, bu komandalar martın 24-də də yoxlama oyunu keçirmişdilər və Statinin 88 dəqiqə meydanda olduğu görüşdə qalib müəyyənləşməmişdi – 1:1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp