Futbol üzrə Hollandiya kubokunun sahibi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, kubokun həlledici oyununda “Alkmaar” və “Feyenoord” üz-üzə gəlib. “Feyenoord”a doğma olan “De Kuip” stadionunda keçirilən matç Rotterdam təmsilçisinin böyük hesablı qələbəsi ilə nəticələnib – 3:0. 46 min tamaşaçının izlədiyi görüşdə “qırmızı-ağlar”ın qollarına Nikola Yorgensen (28), Robin Van Persi (57) və Yens Tornstra (90+3) imza atıblar.

Bu, “Feyenoord”un tarixi ərzində qazandığı sayca 13-cü kubokdu. Rotterdam təmsilçisi muzeyindəki ölkə kuboklarının sayına görə yalnız “Ayaks”dan geri qalır (18).

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp