"Neftçi" Topaz Premyer Liqanın 24-cü turunun "Qəbələ" ilə oyununda meydandan qovulan Emin Mahmudovla bağlı AFFA-ya müraciət edib. Klubun mətbuat xidmətinin rəhbəri Anar Şəbanoğlunun sözlərinə görə, paytaxt təmsilçisi görüşün 63-cü dəqiqəsində yarımmüdafiəçiyə göstərilən 2-ci sarı vərəqənin ləğv olunması üçün apellyasiya şikayəti verib.
 
Qeyd edək ki, "Qəbələ" ilə oyunun 19-cu dəqiqəsində ilk xəbərdarlığını alan Mahmudov ikinci hissənin ortalarında rəqib komandanın hücumçusu Baqali Daboyla ikili mübarizə zamanı matçın baş hakimi İnqilab Məmmədov tərəfindən 2-ci dəfə sarı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp