Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 24-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, lider “Qəbələ” səfərdə “Neftçi”yə minimal hesabla uduzub. 

Liderin xal itkisindən maksimum yararlanan “Səbail” “Kəpəz”lə ev oyununda qələbə qazanıb və zirvəyə şərik olub. 

“Qarabağ” isə səfərdə “Sumqayıt”a uduzub.

“Keşlə” – “Zirə” qarşılaşmasında qalib müəyyənləşməyib.

Əvəzedicilərin çempionatı
24-cü tur

22 aprel

“Keşlə” – “Zirə” 1:1
Qol: Murad Qayalı, 90+4 – Tapdıq Əhmədov, 56.
Hakimlər: Ramiz Məhərrəmov, Maqsud Şıxəliyev, Elxan Əsgərzadə, Kamal Umudlu
Bakı. “İnter Arena”.

23 aprel

“Səbail” – “Kəpəz” 1:0
Qol: Ürfan İsmayılov, 13.
Hakimlər: Alik Yunusov, Əli Cəbrayılov, Ağahüseyn Əzizov, Elxan Müslümov
Bakı. “Bayıl Arena”.

“Neftçi” – “Qəbələ” 1:0
Qol: Qədir Bayramlı, 57-pen.
Hakimlər: Namiq Bəkirov, Ruslan Nəsibov, Samir Hacıyev, Elçin Abdullayev.
Binə qəsəbə stadionu.

“Sumqayıt” – “Qarabağ” 2:0
Qol: Elvin Nəsirov, 44. Ülvi İsgəndərov, 90.
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Mehman Mahmudov, Nahid Xasıyev
Sumqayıt. “Sumqayıt Arena”.

 

1 Qəbələ 24 14 3 7 62-26 45
2 Səbail 24 14 3 7 40-30 45
3 Zirə 24 10 6 8 30-30 36
4 Qarabağ 24 10 5 9 32-35 35
5 Keşlə 24 7 13 4 33-29 34
6 Sumqayıt 24 8 5 11 29-43 29
7 Neftçi 24 6 6 12 17-29 24
8 Kəpəz 24 2 9 13 12-33 15

Ülvi İsgəndərov – 16 qol ("Sumqayıt")

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp