Bu gün futzal üzrə Azərbaycan kubokuna start verilib.

Futbolinfo.az xəbər verir ki, 14 komandanın mübarizə apardığı yarışın ilk günündə 1/8 final mərhələsinin görüşləri baş tutub.

“Olimpik Star”da keçirilən 6 oyundan sonra VİP, EKOL, “İtaldizain”, “Yasamal-2”, ADBTİA və “Hell Energy” 1/4 finala vəsiqə qazanıb. Yüksək Liqada ilk 2 pilləni tutan “Araz” və “Marafon Futsal” isə mübarizəyə birbaşa 1/4 final mərhələsindən başlayacaq.

Baş tutan oyunlar arasında Yüksək Liqa klublarından “Neftçi”nin VİP-yə, “Yasamal”ın isə “İtaldizain”a uduzaraq mübarizəni dayandırması diqqətçəkən olub. 

Azərbaycan kuboku
1/8 final

25 aprel

VİP FK – “Neftçi” İK 3:1
“İtaldizain Futsal” – “Yasamal” 8:7
EKOL – “Gilan” 13:3
ADBTİA – “Avanqard” 7:1
“Romana” – “Yasamal-2” 8:9
“Standard” – “Hell Energy” 3:5

Beləliklə, ölkə kubokunun 1/4 final mərhələsində aşağıdakı çütlüklər qarşılaşacaq:

“Araz” – “Yasamal-2”
“Marafon Futsal” – “İtaldizain Futsal”
VİP FK – EKOL
“Hell Energy” – ADBTİA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp