“Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bakılıların çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
– 7 oyundu qalib gəlmirdik. Qələbə vacib idi. Baxmayaraq ki, "Sumqayıt”a 3 xal daha vacib idi. Məncə, ilk hissədə daha yaxşı oynadıq. İkinci hissədə rəqibin təzyiqinə görə bir qədər zəif oynadıq, amma əsas olan nəticəni qoruyub saxlaya bildik.
– Oyundan öncə qələbəni gözləyirdinizmi?
– Biz hər oyuna qələbə əzmi ilə çıxırıq. Ən azından məqsəd məğlub olmamaq idi.
– Elxan Əhmədovun bu oyunda səhvləri haqda nə deyə bilərsiz?
– Elxan pis qapıçı deyil, prespektivi var. Ona gərək daha çox şans verək. Bu gün də ona təzyiq çox var idi. Səhv etməsi normaldı. Belə oynaması normal idi.
– Sizcə, nəticə oyuna görə oldu?
– Əsas qələbədi. "Sumqayıt”ın qoldan qabaq imkanları vardı. İstifadə edə bilmədilər, ancaq biz qalib gəldik.
– Sizcə, müdafiə xətti bundan sonrakı oyunlarda daha diqqətli olmalıdı?
– Bu futboldu, hər şey ola bilər. İkinci hissədə əks-hücumlarımız təhlükəli olurdu. Bəzi epizpodlarda bir ötürməmiz çatmırdı. "Səbail” bu gün hələ ilk addımlarını atıb. Bizə də vaxt lazımdı. Püxtələşmək üçün illər lazımdı. Mən yerimi qorumaq üçün vaxt demirəm ki, mənə bu qədər müddət lazımdı.
– "Kəpəz”n birinci diviozona getməsi haqda nə deyə bilərisz?
– Mən deməklə nəsə düzələcəksə, deyim. Hamı istəyir bölgələrdə komanda çoxalsın. Biz öz oyunumuzu oynayırıq. Kim düşəcək, kim qalacaq, neçə komanda olacaq? Bu suallara mən cavab verə bilmərəm. Mən mütəxəssis deyiləm, yeni-yeni başlayıram. (Sportnet)