İtaliyanın “Latsio” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi əsas hücumçusu Çiro İmmobileni itirib. Hücumçu A Seriyasının “Torino” ilə səfər oyununda (1:0) sıradan çıxıb. Qarşılaşmanın 13-cü dəqiqəsində zədə alan forvard, Felipe Kaysedo ilə əvəzlənib. Futbolçu əvəzləndikdən sonra göz yaşlarına hakim ola bilməyib.
“Football İtalia”nın yaydığı məlumata görə, italyan hücumçu mövsümü başa vurub.
Xatırladaq ki, cari mövsümdə çempionatda 29 qola imza atan İmmobile, bombardirlər yarışında ilk sıradadı.