Futzal üzrə Yüksək Liqada bombardilərin yarışında da müəyyən gərginlik hiss olunur. 

Futbolinfo.az xəbər verir ki, bir tur əvvəl Cahandost liderlə fərqi azaltmışdısa, son matçda 2 qol vuran Bolinya yenidən 8 topluq fərqi bərpa edib. Cərrahiyyə əməliyyatı olunduğuna görə, oynaya bilməyən Renat Sultanov isə üçüncü pillədə qərarlaşıb.

Telez Thiaqo Bolinya (“Araz”) – 32
Mortoza Cahandost (“Yasamal”) – 24
Renat Sultanov (“Marafon Futsal”) – 20

Shares: