Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Rubin”lə qarşılaşıb. Quliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ayaz da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək oynayıb.
“Rostov” geridə qalan 6 turdan sonra 13 xalla 2-ci pillədə qərarlaşıb.