Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.

Öncə lider “Neftçi” “Səbail”lə üz-üzə gəlib. “Ağ-qaralar” ilk dövrədə 4 cavabsız qolla məğlub etdiyi bu rəqibinə yenə xal verməyib. Bununla da “ağ-qaralar” əsas izləyicisi “Qarabağ”ın xal itkisindən maksimum yararlanıb.

Turun qapanış matçı isə “Zirə” ilə “Sumqayıt” arasında baş tutub. Bu komandaların birinci dövrədə baş tutan oyununda sumqayıtlılar minimal hesabla qalib gəlmişdilər. Bu dəfə isə zirəlilər qələbə qazanıblar. Beləcə, "Sumqayıt" yeni baş məşqçisi Ayxan Abbasovun debüt matçından məğlub ayrılıb.

Topaz Premyer Liqası
12-ci tur

25 noyabr

Səbail – Neftçi 0:2
Qol: B.Dabo, 41. E.Mahmudov, 53-pen.
Qırmızı vərəqə: T.Kitanovski, 90+1.
Hakimlər: Rauf Cabbarov, Cəmil Quliyev, Vüqar Bayramov, Sərxan İsmayılov.
Bakı. "Bayıl Arena", 17:00.

Səbail: 1. Emil Balayev, 4. Enrike Perilyo, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 18. Aqşin Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 88. Orxan Qurbanlı, 70. Ürfan İsmayılov,77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Neftçi: 1. Səlahət Ağayev, 28. Slavko Braliç, 18. Tural Axundov, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 73. Nail Alışov, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 70. Əli Şirinov, 37. Vüsal Əsgərov, 7. Namiq Ələsgərov, 4. Rəşad Eyubov, 11. Kvame Karikari.
Baş məşqçi: Roberto Bordin.

Zirə – Sumqayıt 3:1
Qol: A.Dedov, 37; 75. B.Həmdi, 90+7 – Ə.İsmayılov, 45+2.
Hakimlər: Səbuhi Bayramov, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov.
Bakı. “Dalğa Arena”, 19:00.

Zirə: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 5. Adil Nağıyev, 7. Pərdis Fərcad-Azad, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 17. Vüsal İsgəndərli, 26. Miloş Radivoyeviç, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Budaq Nəsirov, 10. Sadio Tounkara, 16. İbrahim Aslanlı, 77. Mirsahib Abbasov, 4. Müşfiq İlyasov, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 27. Adrian Skarlatake.
Baş məşqçi: Samir Abasov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 2. Rail Məlikov, 8. Orxan Əliyev, 11. Atilla Yıldırım, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 60. Elvin Məmmədov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev.
Baş məşqçi: Ayxan Abbasov.

Turun digər oyunları: Qarabağ – Sabah 1:1, Keşlə – Qəbələ 1:2.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp