“Sumqayıt” Azərbaycan Premyer Liqasının 3-cü dövrəsinə hazırlığın ikinci mərhələsini yanvarın 13-dən 27-dək Türkiyədə davam etdirəcək.

Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, “kimyaçılar” təlim-məşq toplanışını Antalyanın Belek bölgəsində keçirəcək.

“Sumqayıt” Premyer Liqanın 12-ci turu çərçivəsində bu gün səfərdə “Zirə” ilə qarşılaşacaq. Oyun saat 19.00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp