“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

– Əlbəttə, bu oyuna çox ciddi hazırlaşmıdşıq. Futboçuların meydanda əzmkarlığı görünürdü. Rəqibi təhlil etmişdik. Paltardəyişmə otağında futboçulara dedim ki, 65 dəqiqə oynadıq, son 25 dəqiqə istədiyimizi yerinə yetirmə bilmədik. Qələbə istəyiriksə, 90 dəqiqə dözmək lazımdı. Cərimə zərbəsindən buraxdığımız 2-ci qol planlarımızı pozdu. Qış fasiləsinədək maksimçum nəticə qazanmağa çalışacağıq.

– "Sumqayıt" bu mövsüm ilk dəfə oyuna nominal hücumçusuz çıxmışdı. Bu, nəylə bağlı idi?
– Belə sistemdə görünə bilər ki, hücumçumuz yox idi. Bu gün Aleksey İsayevi hücumda da istifadə edirdik. İnanıram ki, orda da çıxış edə bilər. 

– 65-ci dəqiqədən sonra oynaya bilməməyiniz fiziki hazırlıqsızla bağlı idi?
– Əli Babayev zədə üzündən meydandan çıxandan sonra pressinq azaldı. İndi durub yeni baş məşqçi kimi fiziki hazırlıqdan danışmağım düzgün olmazdı. İstədiyim futbolu özüm hazırlamalıyam. Qış fasiləsində yeni futbolçularımız da olacaq, komandanı hazırlayandan sonra tələblərimizi edəcəyik. 

– Belə iddialar var ki, klub prezidentiniz Riad Rəfiyev Xəyal Nəcəfov keçmiş baş məşqçi Nazim Süleymanovdan onu oynatmağı xahiş etmişdi. Bu gün Xəyal 90 dəqiqə oynadı. Sizdən də bu istək olub?
– Məndən əvvəl nə olub bilmirəm. Klub prezidentinin öz işi var, mənim öz işim. Riad müəllim neçə illərdi futboldadı. Xəyal bu gün göstərdi ki, normal futbol oynaya bilər. Çalışacaqsa, yenə oynayacaq. Heç vaxt Riad müəllim deməz ki, bu futbolçunu oynat. Xarakterim elədi ki, özüm qərar verirəm. "Sumqayıt"da belə şeylə rastlaşmamışam. Bizim də səhvlər ola bilər. İşim rəhbərliyə görülən işlə bağlı məruzə etməkdi. (Sportnet)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp