“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Əvvəlcə 2 məqama toxunmaq istərdim. Rahid Əmirquliyevə ailəsindəki itkiyə görə başsağlığı vermək istəyirəm. Eyni zamanda, "Sumqayıt" azarkeşlərini təbrik edirəm. Bilirdik ki, bizə çətin olacaq. Rəqib müdafiədə kompakt oyunu ilə seçilən komandadı. Bu gün futbolçulardan istəyim mütləq qalibiyyət idi. Bu 3 xal bizə lazım idi. Ardıcıl məğlubiyyətlərdən sonra komandaya inamın qayıtması üçün bu qələbə önəmliydi. Bizə çətin olacağını bilirik. Maksimum əl-ələ verib bu vəziyyətdən çıxacağıq. 

Taktikanı rəqibə görə dəyişirik. Bu gün hücum xəttində çoxalmaq istəyirdik. Bir sıra futbolçulara öndə yer vermişdik. Müdafiəyə isə 5 oyunçu ilə çəkilirdik. Çoxdandı komanda 5-li müdafiə ilə oynayır. Amma gələcək oyunlarda dəyişiklik ola bilər".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp