Futbol üzrə Fransa çempionatında 15-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub. 

“Nim” doğma meydanda “Amyen”i 3 cavabsız qolla məğlub edib. 

Tyerri Anrili “Monako” isə “Monpelye” ilə ev oyununda son dəqiqələrdə buraxdığı qollarla uduzub. 

Səfərdə “Lill” ilə qarşılaşan Lion “Olimpik”i də turu xal itkisi ilə başa vurub. “Anje” – “Kan” və “Genqam” – “Nitsa” matçlarında da qalib müəyyənləşməyib.

Fransa Liqa 1
15-ci tur

30 noyabr

Sent-Etyen – Nant 3:0
Qol: Beriç, 72. Xazri, 84. Kolo, 90.

1 dekabr

Lill – Olimpik (Lion) 2:2
Qol: Remi, 17. Pepe, 28 – Traore, 63. Dembele, 86.

Anje – Kan 1:1
Qol: Kapelle, 50 – Bovu, 62.

Genqam – Nitsa 0:0

Monako – Monpelye 1:2
Qol: Tilemans, 42 – Laborde, 81. Skuletiç, 86.

Nim – Amyen 3:0
Qol: Bouanqa, 45. Aliu, 76; 87.

2 dekabr

18:00 Tuluza – Dijon
20:00 Olimpik (Marsel) – Reyms
20:00 Renn – Strasburq
00:00 Bordo – PSJ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp