Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçı yarımçıq qalıb.

Futbolinfo.az xəbər verir ki, buna Qəbələ şəhər stadionunu qatı dumanın bürüməsi səbəb olub.

Bu üzdən də qarşılaşmanın 58-ci dəqiqəsində baş hakim Vüqar Həsənli görüşü dayandırmaq məcburiyyətində qalıb. O, futbolçuları paltardəyişmə otağına göndərib.

Matçı davam etdirmək üçün təxminən yarım saat gözləyən hakimlər briqdası dumanın çəkilmədiyini gördükdən sonra qarşılaşmanın sabaha qədər təxirə salınmasına qərar veriblər.

Beləliklə, “Qəbələ” – “Zirə” matçı sabah saat 14:00-da qaldığı yerdən (58-ci dəqiqədən etibarən) davam etdiriləcək.

Qeyd edək ki, bu matçın 58-ci dəqiqəsinə qədər tərəflər fərqlənə bilməmişdilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp