Futbol üzrə Fransa çempionatında 15-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Tuluza” doğma meydanda “Dijon”la, Marsel “Olimpik”i isə “Reyms”lə heç-heçəyə razılaşıb. Səfərdə “Renn”lə üz-üzə gələn “Strasburq” böyük hesabla qalib gəlib.
Lider PSJ isə bu turda “Bordo” səfərinə yollanıb. Bu tura qədər ardıcıl 14 qələbə qazanan paytaxt təmsilçisi məhz bu oyunda ilk xal itkisi ilə üzləşib.
Fransa Liqa 1
15-ci tur
30 noyabr
Sent-Etyen – Nant 3:0
Qol: Beriç, 72. Xazri, 84. Kolo, 90.
1 dekabr
Lill – Olimpik (Lion) 2:2
Qol: Remi, 17. Pepe, 28 – Traore, 63. Dembele, 86.
Anje – Kan 1:1
Qol: Kapelle, 50 – Bovu, 62.
Genqam – Nitsa 0:0
Monako – Monpelye 1:2
Qol: Tilemans, 42 – Laborde, 81. Skuletiç, 86.
Nim – Amyen 3:0
Qol: Bouanqa, 45. Aliu, 76; 87.
2 dekabr
Tuluza – Dijon 2:2
Qol: Qradel, 72. İseka, 77 – Aquerd, 23. Abid, 68.
Olimpik (Marsel) – Reyms 0:0
Renn – Strasburq 1:4
Qol: Sarr, 9 – Tomasson, 20. Martin, 32-pen; 50-pen. Martines, 77.
Bordo – PSJ 2:2
Qol: Briand, 53. Kornelius, 84 – Neymar, 34. Mbappe, 66.