Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə iki matç baş tutub.

Əslində “Qəbələ” – “Zirə” matçı ötən gün baş tutmalı idi. Lakin Qəbələdəki qatı duman səbəbindən baş hakim Vüqar Həsənli oyunu 58-ci dəqiqədə dayandırmalı olmuşdu. Yekun qərara əsasən, sözügedən matç bu gün saxlanıldığı dəqiqədən etibarən davam etdirilib. Bu komandalar arasında ilk dövrədə Bakıda baş tutan oyunda zirəlilər minimal hesabla qələbə qazanmışdılar. Qəbələ təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, qarşılaşma qolsuz başa çatıb.

Turun qapanış matçında isə son çempion “Qarabağ” “Keşlə” ilə üz-üzə gəlib. Ağdam klubu bu görüşdə rəqibini böyük hesabla məğlub edib.

Topaz Premyer Liqası
13-cü tur

2 dekabr

Qəbələ – Zirə 0:0
Qırmızı vərəqə: B.Həmdi, 61 (ikinci sarı).
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 2. Amin Seydiyev, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 26. Faiq Hacıyev, 79. Əli Sadıxov, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.
Zirə: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 7. Pərdis Fərcad-Azad, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Dilan Duvetru, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov, 3. Budaq Nəsirov.
Baş məşqçi: Samir Abasov.

Qarabağ – Keşlə 5:1
Qol: M.Mədətov, 6; 53; 77. F.Ozobiç, 50. A.Zubir, 55 – S.Alxasov, 21.
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 19:00.

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 28. Con Delarj, 30. Abbas Hüseynov, 77. Donald Gerye, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Keşlə: 30. Davud Kərimi, 33. Tərlan Quliyev (k), 3. Denis Silva, 93. Edvinas Girdvainis, 4. Slavik Alxasov, 65. Cabir Əmirli, 80. Diallo Quydileye, 94. Seymur Əsədov, 22. Nikola Mitroviç, 9. Amil Yunanov, 23. Conatan Ayite.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 18. Ruslan Əmircanov, 10. Ruslan Nəsirli, 88. Məmməd Quliyev, 78. Elmir Rəhimzadə, 7. Vaqif Cavadov, 17. Samir Məsimov, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 21. Herve Tçami, 31. Georgios Georgiadis.
Baş məşqçi: Tərlan Əhmədov.

Turun digər oyunları: Sabah – Neftçi 1:2. Sumqayıt – Səbail 1:0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp